19 may 2011 01:28
Millimizin 6 ən güclü üzvü Moskvaya gedir
Mayın 28-də və 29-da Rusiyanın paytaxtı Moskva şəhərində Qran Şlem turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan millisi də çıxış edəcək.
Artıq yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında sözügedən yarışa yollanacaq idmançılarımızın kimliyi də bəllidi. Belə ki, 6 cüdoçumuz - Nicat Şıxəlizadə (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) Moskvadakı turnirdə mübarizəyə qatılacaq.
