25 aprel 2011 15:14
Qurban Qurbanov Çexiyaya gedir
Aprelin 23-də Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında Avropa Kubokuna start veriləcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək yarışda yeniyetmələrdən ibarət yığma komandanın məşqçiləri Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında ümumilikdə 18 cüdoçumuz qüvvəsini sınayacaq.
Belə ki, oğlanların yarışında Telman Vəliyev, Sadıq Məhərrəmov (50 kq), Əlifani Qardaşxanzadə (55 kq), Rəşad Rufullayev, Eşqin Məmmədov (60 kq), İslam Abdulrəhmanzadə, Mixayıl Anayev, Musa Mehdiyev, Hüsyn Rəhimli (hamısı 66 kq), Firuddin Dadaşov (73 kq), Qurban Qurbanov, Kamran Hüseynov (81 kq), Cəlil Şükürov və Ülvi İsayev (90 kq) mübarizəyə qoşulacaq.
Xanım cüdoçularımızdan isə Çinarə Quliyeva (40 kq), Səkinə Zayirova (44 kq), Nəzakət Məhərrəmova (48 kq) və Əfsanə Hüseynova (52 kq) qüvvəsini sınayacaq.
