25 aprel 2011 13:22
Bakıda 50 ölkənin qatılacağı lisenziya xarakterli Qran-Pri yarışı
May ayının 6-8-də Bakıda keçiriləcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Qran Pri yarışına 50 ölkənin qatılacağı öz təsdiqini tapıb. Azerisport.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq Qran Pri yarışının qalibi 200, 2-ci və 3-cü yerlərin sahibləri isə müvafiq olaraq 120 və 80 lisenziya xalı qazanacaqlar.
Qeyd edək ki, Qran Pri yarışında qazanılmış bütün reytinq xallarının 100 faiz hesaba alınması ilk beynəlxalq yarış olacaq.
Nəzərinizə çadıraq ki, yarışlar hər gün saat 09:30 da başlayır.
