23 aprel 2011 21:04
Azərbaycan Avropa beşincisi oldu
Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının yekunları müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan yığması komanda hesabında beşinci olub.
Elnur Məmmədlinin qızıl, Tərlan Kərimovun isə gümüş medalı sayəsində yığmamız Hollandiya, Rumıniya, Ukrayna, Yunanıstan və digər çoxsaylı ölkəni geridə qoya bilib.
Komanda hesabında birinci yeri isə Fransa tutub (4-2-3). Rusiya ikinci (1-2-5), Macarıstan isə üçüncü (1-2-0) olub.
