23 aprel 2011 14:07

AÇ-2011: Azərbaycan üçün uğursuz gün (YENİLƏNİB)

Türkiyənin İstanbul şəhərində Azərbaycan yığmasının da iştirakıyla keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə daha 4 idmançımız medal qazanmaq üçün şansını sınayıb.
 
90 kq-da əsas diqqətlər Elxan Məmmədova yönəlmişdi. Avropa birinciliklərində 3 dəfə medal qazanmış idmançımız startda serbiyalı Nikola Nikoliçi mübarizədən kənarlaşdırmalıydı. Lakin Məmmədov startdaca uduzaraq, mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
 
100 kq-da ölkəmizin şərəfini Elmar Qasımov layiqincə qorumağa çalışacaqdı. Lakin o da ilk döyüşündə danimarkalı Frederik Yorgensenə uduzub.
 
Bu çəki dərəcəsində digər təmsilçimiz isə Sain Məmmədov idi. İdmançımız startdakı rəqibi türkiyəli Burhan Kocana ipponla uduzaraq, mübarizəni erkən dayandırıb.
 
100 kq-dan artıq çəki dərəcəsindəki təmsilçimiz Emil Tahirov isə ilk döyüşündə rusiyalı Dmitri Sterxova qalib gəlməyi bacarıb. Növbəti rəqib isə fransalı Teddi Riner idi. Dünyanın ən güclülərindən olan bu idmançıyla duel Tahirov üçün də uğursuz alınıb.
 
Qeyd edək ki, bu Avropa çempionatı lisenziya xarakterlidi. Turnirin hər bir qalibi 180 reytinq xalı toplamış olacaq. Komandamız yarışların ilk iki günündə 10 idmançıyla mübarizəyə qoşulsa da, cəmi iki idmançımız uğur qazana bilib. İlk gündə Tərlan Kərimov gümüş, dünən isə Elnur Məmmədli ölkəmizə qızıl medal qazandırmışdı.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.