22 aprel 2011 20:35

Elnur Məmmədli ikiqat Avropa çempionu adını qazandı (YENİLƏNİB)

Türkiyənin İstanbul şəhərində Azərbaycan yığmasının da iştirakıyla keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki,yarışların ikinci günündə də 5 idmançımız şansını sınayıb.
 
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ramil Qasımov ilk mərhələdə istirahət edib. Onun növbəti mərhələdəki rəqibi isə Uqo Leqranda (Fransa) qalib gələn Tengiz Papoşvili (Gürcüstan) olub. Lakin qonşu ölkə təmsilçisi idmançımızı da məğlub edib və Qasımov AÇ ilə elə startdaca vidalaşıb.
 
Bu çəki dərəcəsindəki digər təmsilçimiz Renat Mirzəliyev startda Moldova idmançısı Yuri Leunu mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə isə eyni aqibəti polşalı Tomaş Adamiçə yaşatmaq lazım olsa da, Renat bu vəzifənin öhdəsindən gələ bilməyib.

81 kq-da isə bütün diqqətlər olimpiya çempionumuz Elnur Məmmədliyə yönəlib. O, startda yunanıstanlı Pavlos Gkaraqklovla münasibətlərinə aydınlıq gətirib və asan qələbəyə sevinib. Növbəti mərhələdə idmançımız çernoqoriyalı Srdjan Mrvaljeviçi mübarizədən kənarlaşdırıb. Elnurun 3-cü rəqibi isə rusiyalı Murat Xabaçirov olub və onu da məğlub edərək, 1/4 finala adlayıb. Ardından Tomislav Mariyanoviçə (Xorvatiya) qalib gələn həmyerlimiz yarımfinala çıxıb. Elnur həlledici görüşə vəsiqə uğrunda fransalı Alan Şmitə də qalib gəlməyi bacarıb. Qızıl medal uğrunda mübarizədə olimpiya çempionumuz moldovalı Sergiu Toma ilə döyüşdən də qalib ayrılmalıydı. Elnur bu vəzifənin də öhdəsindən layiqincə gələrək, karyerasında ikinci dəfə qitə çempionu adın yiyələnib.

Eyni çəki dərəcəsində yığmamızın digər üzvü Elxan Rəcəbli isə startda belaruslu Aleksandr Staşenko ilə döyüşdən qalib ayrılmalıydı. Lakin Rəcəbli də start döyüşündən məğlub ayrılaraq, qitə birinciliyindəki çıxışını erkən dayandırmalı olub.

Qadın cüdoçularımızdan isə bu gün Ramilə Yusubova (63) medal qazanmağa çalışacaq. Bunun üçün o, öncə macarıstanlı Ester Qasparı yolundan kənarlaşdırmağı bacarıb. Növbəti mərhələdə isə rəqib hollandiyalı Aniçka van Emden idi. Təəssüf ki, Ramilə də məhz bu mərhələdə rəqibiniə uduzaraq, yarışlardan kənar qalıb.
 
Qeyd edək ki, bu Avropa çempionatı lisenziya xarakterlidi. Turnirin hər bir qalibi 180 reytinq xalı toplamış olacaq. Komandamız isə yarışların ilk günündə 5 idmançıyla mübarizəyə başlasa da, sadəcə Tərlan Kərimovla gümüş medal qazana bilmişdi.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.