21 aprel 2011 20:45

Qasımova bürünc, Kərimov qızıl medal şansını əldən verdi (YENİLƏNİB)

Bu gün Türkiyənin İstanbul şəhərində cüdo üzrə Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin də mübarizə apardığı turnirin ilk günündə 5 idmançımız şansını sınayıb.
 
60 kq-dakı təmsilçilərimizdən Nicat Şıxəlizadə yenidən özünü sübut etməli idi. 4 il müddətində diskvalifikasiyaya məruz qalan idmançımız bu günlərdə bağışlanmışdı və bu, onun qayıdışından sonrakı ilk sınağıydı. Şıxəlizadənin ilk rəqibi isə Rusiyalı Beslan Mudranov olub. Böyük idmana qayıdışını intizarla gözləyən həmyerlimiz elə ik görüşdəcə rəqibini ipponla məğlub edərək, növbəti mərhələyə adlayıb. Burda o, almaniyalı Tobias Englmayerə də eyni aqibəti yaşatmalıydı. Lakin təəssüf ki, rəqibi ondan daha güclü çıxıb.
 
Bu çəki dərəcəsindəki digər təmsilçimiz İlqar Muşkiyev isə Avropa birinciliyində debüt edirdi. O, startda britaniyalı Eşki Makkenzini mübarizədən kənarlaşdırmağı bacarıb. Növbəti mərhələdəki rəqib isə, hollandiyalı Jeron Moren idi. Bu rəqibinə də qalib gələn həmyerlimiz növbəti qarşılaşmada gürcü Betkil Şukvaniyə yenilib. Lakin onun bürünc medal qazanmaq şansı qalırdı. Bunun üçün o, italiyalı Elio Verdeyə qalib gəlməli olsa da, bu vəzifənin də öhdəsindən gələ bilməyib və medalsız qalıb. 
 
66 kq çəki dərəcəsində də ölkəmiz iki idmançıyla təmsil olunur. Samir Dadaşzadə ilk mərhələdə istirahət edərək yalnız növbəti mərhələdəki rəqibinin kimliyini gözləyirdi. Lakin o, ilk sınağında qarşılaşdığı Laslo Joke (Rumıniya) ilə mübarizədən qalib ayrıla bilməyib.
 
Eyni çəki dərəcəsindəki digər təmsilçimiz Tərlan Kərimov isə startda fransalı David Larosla münasibətlərinə aydınlıq gətirib və qələbə qazanıb. Növbəti mərhələdə isə idmançımız gürcü Şalva Kardavadan güclü olduğunu göstərib. Ardından rusiyalı Musa Moquşkova da qalib gələn həmyerlimiz adını yarımfinala yazdırıb. Həlledici görüşə vəsiqə uğrunda Tərlanı britaniyalı Kolin Oateslə döyüş gözləyirdi ki, idmançımız ona da qalib gələrək finala çıxıb. Yalnız final görüşündə macarıstanlı Miklos Unqvari ilə mübarizədə məğlub olaraq gümüş medalla kifayətlənib.
 
Qadın cüdoçularımızdan isə yarışların ilk günündə yalnız Kifayət Qasımova (57 kq) qızıl medal qazanmaq yolunda şansını sınayır. Onun ilk rəqibi Andrea Stefaniya Çitu (Rumıniya) olub. İdmançımız bu rəqibini məğlub etməyi bacarıb və növbəti mərhələyə adlayıb. 1/8 finalda Qasımova Macarıstandan olan Hedviq Karakas gözləyirdi. Bu rəqibini də mübarizədən kənarlaşdıran Kifayəti fransalı Automne Pavia ilə dueldən də qalib ayrılaraq, adını yarımfinala yazdırıb. Həlledici görüşə vəsiqə uğrunda Qasımovanı portuqaliyalı Telma Monteroyla duel gözləyirdi. Gəl ki, idmançımız ona məğlub olub. Kifayət rusiyalı İrina Jabludina ilə dueldə bürünc medal qazanmağa çalışsa da, bu cəhdi də faydasız qalıb.
 
Qeyd edək ki, bu Avropa çempionatı lisenziya xarakterlidi. Turnirin hər bir qalibi 180 reytinq xalı toplamış olacaq.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.