19 aprel 2011 15:02
Nicat Şıxəlizadə qayıdır!
Vaxtilə Azərbaycanın ən perspektivli cüdoçularından sayılan Nicat Şixəlizadə yenidən idman həyatımıza qayıdır. Azerisport.az xəbər verir ki, o, 2007-ci ilin iyulun 2-dən 9-dək Belarusun paytaxtı Minskdə keçirilən təlim-məşq toplanışı zamanı dopinqdə ilişməklə 4 il müddətinə bütün yarışlardan uzaqlaşdırılmışdı.
Uzun müddətdi sambo üzrə yarışlar da daxil olmaqla bütün beynəlxalq turnirlərdən kənar qalan idmançının cəzası artıq yekunlaşıb. Aprelin 1-dən etibarən Şixəlizadə azaddı. Böyüklər arasında dünya mükafatçısının beynəlxalq çıxışlarını bərpa etməsi isə Beynəlxalq Cüdo Federasiyasının təsdiq məktubuna bağlıdı.
