8 mart 2011 11:10
İsmayıllıdan İstambula
İsmayıllıdan İstambula
Azərbaycanın cüdo komandası İsmayıllıda təlim-məşq toplanışı keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, İstambulda keçiriləcək Avropa çempionatına hazırlıq məhz burada baş tutacaq. Güman edilir ki, komanda toplanışa yaxın günlərdə yollanacaq. Hazırlıq prosesində əsas diqqət dözümə və fiziki göstəricilərin yaxşılaşdırılmasına yönəldiləcək.
