23 fevral 2011 13:28
Yığmamız Polşada düzənlənən Dünya Kubokunda iştirak edəcək
Fevral ayının 26-27-də Polşada kişilər arasında cüdo üzrə Dünya Kuboku keçiriləcək. Azerisport.az xəbər verir ki, Varşavada start götürəcək yarışda yığma komandanın məşqçisi Hacıağa Hacıəhmədov və məşqçi Tərlan Həsənovun rəhbərliyi altında ümumilikdə 11 cüdoçumuz mübarizəyə qatılacaq.
Belə ki, cüdoçularımızdan Şirinli Vüqar, Xələfov Asim (hər ikisi 60 kq), Zərbiyev Bəhram, Qocayev Asim (hər ikisi 66 kq), Qasımov Eldar (73 kq), Rəcəbli Elxan (81 kq), Məmmədov Sain (100 kq) və Almaniyanın Düsseldorf şəhərində Qran Pri yarışına qatılan daha 4 cüdoçumuzun – Müşkiyev İlqar (60 kq), Mirzəliyev Rinat (73 kq), Qurbanov Ramin (90 kq) və Tahirov Emilin (+100 kq) Dünya Kubokunda iştirak etmək üçün Almaniyadan birbaşa Polşaya yola düşəcəkləri gözlənilir.
