21 fevral 2011 01:44
Azərbaycan yığması Düsseldorfda 21-ci oldu
Almaniyanın Düsseldorf şəhərində keçirilən Qran Pri yarışının yekunları müəyyənləşib. Azerisport.az xəbər verir ki, iki gün idi davam edən yarışda Azərbaycanın cüdo üzrə yığması da qüvvəsini sınayırdı.
Lakin heç də uğurlu çıxış edə bilməyən komandamız ümumi nəticədə 21-ci yeri tutub. Buna isə sadəcə bürünc medal qazanan bilən Elnur Məmmədli (81 kq) nail olub. 10 idmançımız arasından yalnız onun fərqlənməsi sayəsində millimiz Çexiya, Kolumbiya, Latviya, İsveçrə, Gürcüstan və bir sıra başqa ölkələri qabaqlamağa nail olub.
Ümumi nəticədə birinci yeri isə yaponlar tutub - (6-2-2). Onlar Almaniya (1-3-1) və Belçikanı (1-1-0) qabaqlayıb.
