20 fevral 2011 20:25

Yalnız Məmmədli, o da bürünc (YENİLƏNİB)

Bu gün Almaniyanın Düsseldorf şəhərində Qran Pri yarışına yekun vurulub. Azerisport.az xəbər verir ki, iki gün idi davam edən yarışda Azərbaycanın cüdo üzrə yığması da qüvvəsini sınayırdı.
 
Qeyd edək ki, yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi  altında  ümumilikdə 9  cüdoçumuz - İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq) Elnur Məmmədli (81 kq), Elxan Məmmədov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) Qran Pri uğrunda mübarizə aparmaq hüququ qazanmışdı.
 
Lakin ilk oyun günündə 5 idmançımız mübarizəyə qoşulsa da, onların çıxışları heç də uğurlu alınmadı. Nəticədə Renat Mirzəliyev, İlqar Müşkiyev, Tərlan Kərimov, Kifayət Qasımova və Ramilə Yusubova medalçılar sırasına düşmək şansını itirmişdi. Bu üzdən komandamızın qalan 5 idmançısının uğurlu çıxışına ümid etmək məcburiyyətində qalmışdıq. Lakin onların da çıxışları aşağıdakı kimi uğursuz oldu. Yalnız olimpiya çempionu Elnur Məmmədli Qran Pridə komandamıza yeganə medal qazandıran idmançımız oldu ki, o da bürüncdü.
 
100 kq-da Elmar Qasımov Rusiya idmançısı Maxmadov Zəfərlə qarşılaşıb və elə ilk döyüşdəcə rəqibinin ippon fəndi qarşısında aciz qalıb.
 
90 kq-da Ramin Qurbanov ilk görüşündə meksikalı Kardenas İsaonu ipponla məğlub edib. Növbəti mərhələdə idmançımızı İsveçdən olan Avropa çempionu Markus Kyuman gözləyirdi. Lakin bu idmançıyla döyüş Qurbanovun məğlubiyyəti ilə başa çatıb.
 
90 kq: Yarışa ikinci mərhələdən başlayan Elxan Məmmədov Matey Danielə (Rumıniya) qalib gələrək ona rəqib olan Rosati Dieqo (Argentina) ilə görüşdən təmi qələbəylə ayrılır. Onun 1/8 finaldakı rəqibi Omar Beniklef (Əlcəzair) idi. Lakin idmançımız bu rəqibiylə duelin sonlarında məğlubiyyətlə barışmalı olur.
 
+100 kq-da Emil Tahirov Gürcüstan idmançısı Hanjiliaşvili Zviadla görüşüb və ipponla məğlub olub.

81 kq: Elnur Məmmədli Keller Kristofla (İsveçrə) görüşdə ippon fəndini uğurla həyata keçirərək, qələbə qazanır. 1/8 finalda olimpiya çempionumuzu Fransa idmançısı Allen Şmidt gözləyirdi. Lakin Elnur onu da mübarizədən kənarlaşdırır. Burda isə həmyerlimiz mərakeşli Saufan Attafla qarşılaşıb. Bir müddət öncə Bakıdakı turnirdə bu rəqibini məğlub edən Məmmədli ona yenə eyni aqibəti yaşadır və yarımfinala çıxır. Yarımfinaldakı rəqib rusiyalı Murat Xabaçirov olan, Elnur da mübarizəni məhz bu idmançıyla döyüşdə dayandırmaq məcburiyyətində qalıb.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.