19 fevral 2011 19:24

Qran Prinin ilk günündə uğursuzluğa düçar olduq (YENİLƏNİB)

Bu gün Almaniyanın Düsseldorf şəhərində Qran Pri yarışına start verilib. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək yarışda Azərbaycanın cüdo üzrə yığması da qüvvəsini sınayır.
 
Qeyd edək ki, yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi  altında  ümumilikdə 9  cüdoçumuz - İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq) Elnur Məmmədli (81 kq), Elxan Məmmədov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) Qran Pri uğrunda mübarizə aparmaq hüququ qazanmışdı.
 
İlk oyun günündə, yəni bu gün 5 idmançımız mübarizəyə qoşulub ki, onların da çıxışları aşağıdakı kimi uğursuz alınıb:
 
19 Fevral
 
73 kq-da Renat Mirzəliyev rəqibi Zeng Qinqdonqa (Çin) məğlub olaraq mübarizəni elə ilk mərhələdə dayandırıb.
 
60 kq-da İlqar Müşkiyev də Rusiya idmançısı Evgeni Kudyakovla mübarizədən məğlub ayrılıb.
 
66 kq-da isə Tərlan Kərimov tunisli Xalfaul Houcem ilə görüşdən qələbəylə ayrılmağı bacarıb. Növbəti mərhələdə onun rəqibi rusiyalı Kamal Xan-Maqomedov oldu. İdmançımız bu rəqibini də mübarizədən kənarlaşdırmağı bacarıb və 1/4 finala çıxıb. Bu mərhələdə idmançımızın rəqibi koreyalı Jun Xo Ço idi. Tərlan koreyalı ilə mübarizədə məğlubiyyətdən qaça bilməyib və 5-ci yerlə kifayətlənib.
 
57 kq-da Kifayət Qasımova Quadros Ketleyn (Braziliya) ilə qarşılaşıb və 17 saniyə ərzində rəqibini ippon vəziyyətinə salaraq, növbəti mərhələyə adlayıb. O, növbəti rəqibi sloveniyalı Vosney Cukiçi də məğlub edir və 1/4 finala adlayır. Lakin burdakı rəqibi yaponiyalı Kaori Matsumoto olan Qasımova məğlubiyyətlə üzləşib.
 
63 kq-da Ramilə Yusubova Qazaxıstan idmançısı Aldikova Zarina ilə görüşüb və qələbə qazanıb. Lakin növbəti mərhələdə o rusiyalı Veroy Kovala məğlub olub. 
 
Sabah isə komandamız aşağıdakı cütlüklərlə mübarizə aparmalı olacaq:
 
20 Fevral
 
81 kq: Elnur Məmmədli - Keller Kristof (İsveçrə) – Fernandes Conatan (ABŞ) cütünün qalibi
 
90 kq: Elxan Məmmədov- Matey Daniel (Rumıniya) - Rosati Dieqo (Argentina) cütünün qalibi
 
90 kq: Ramin Qurbanov - Kardenas İsao (Meksika)
 
100 kq: Elmar Qasımov - Maxmadov Zəfər (Rusiya)
 
+100 kq: Emil Tahirov - Hanjiliaşvili Zviad (Gürcüstan)

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.