3 fevral 2011 17:27
Elnur Məmmədli yığmamızın heyətində
Fevral ayının 9-da Azərbaycan yığması Norveçə təlim məşq toplanışına yollanacaq. Azerisport.az xəbər verir ki, 1 həftə davam edəcək toplanışa yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında ümumilikdə 9 cüdoçumuz gedəcək. Onlar aşağıdakılardı:
İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq ), Renat Mirzəliyev (73 kq ) Elnur Məmmədli (81 kq), Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq).
Təlim-məşq toplanışı başa çatdıqdan sonar isə komandamız birbaşa Almaniyanın Dusseldorf şəhərinə yollanacaq və 19-20 fevral tarixlərində keçiriləcək Qran Pri turnirində mübarizəyə qatılacaqlar.
