25 yanvar 2011 16:33
Dünya kubokunda 24 təmsilçimiz olacaq
Yanvar ayının 29-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində kişilər arasında Dünya Kubokuna start veriləcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək yarışda yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında 20 cüdoçumuz mübarizə aparacaq.
Həmin idmançıların siyahısını təqdim edirik:
60 kq: Müşkiyev İlqar, Şirinli Vüqar, Xələfov Asim, Əsədullayev Rasim
66 kq: Kərimov Tərlan, Əhmədov Sərxan, Orucov Rüstəm, Həsənov Emil
73 kq: Qasımov Ramil, Əhmədli Elnur, Mirzəliyev Renat, Babayev Nadir
81 kq: Alimli Rüstəm, Rzazadə Seymur, Rəcəbli Elxan, Səfquliyev Tural
90 kq: Qurbanov Ramin, Qəhrəmanov Şahin, Nağıyev Kənan
100 kq: Məmmədov Şahin.
