23 dekabr 2010 12:38

Elnur Məmmədli ölkə çempionu ola bilmədi

Cüdo üzrə Azərbaycan çempionatının qalib və mükafatçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, ölkə birinciliyində 39 şəhər və rayonun ümumilikdə 289 cüdoçu mübarizəyə qatılıb.
 
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində qızıl medal qazanmış Elnur Məmmədli ölkə çempionatında 90 kq çəkidə çıxış edib və bürünc medalla kifayətlənib. Qalib adına isə kişilərin mübarizəsində İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Ramil Qasımov (73 kq), Rüstəm Alimli (81 kq), Ramin Qurbanov (90 kq), Şahin Məmmədov (100 kq), Emin Tahirov (+100 kq), qadınların yarışında isə Aişə Qurbanlı (48 kq), Şahanə Hüseynova (52 kq), Natalya Musayeva (57 kq), Elmira Mustafayeva (63 kq), Raqiyə Qarayeva (70 kq), Leyla İsgəndərli (78 kq) və Nərgiz İbrahimova (+78 kq) sahib çıxıb.
 
Qeyd edək ki, Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev (100 kq), Kifayət Qasımova (57 kq), Ramilə Yusubova (63 kq) kimi bir sıra aparıcı cüdoçularımız Azərbaycan çempionatına qatılmayıblar.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.