9 dekabr 2010 14:28
4 cüdoçumuz Böyük Dəbilqə uğrunda mübarizəyə başlayır
Dekabr ayının 11-də Yaponiyanın Tokio şəhərində start götürəcək Böyük Dəbilqə turnirində ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Azerisport.az xəbər verir ki, yarışda yığma komandamızın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında cüdoçularımızadan – Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) mübarizəyə qatılacaq. Qeyd edək ki, 3 gün davam edəcək yarış Olimpiya Oyunlarına lisenziya xarakteliidir.
