10 oktyabr 2010 00:00
İlk gün – iki "bürünc"
Bu gün Bakı və Minskdə cüdo üzrə Dünya Kubokları start götürdü. Azerisport.az xəbər verir ki, yarışların ilk günündə Kifayət Qasımova (57 kq) və İlqar Müşkiyev (60 kq) uğurlu nəticə əldə edə bildilər.
Bakıda qadınlar arasında keçirilən Dünya Kubokunda Kifayət Qasımova üçüncü yer uğrunda ukraynalı Alyona Saykoya qalıb gələrək, bürünc medal qazana bildi.
Minskdə isə kişilər arasında keçirilən Dünya Kubokunda təmsilçilərimizdən yalnız İlqar Müşkiyev medal qazana bildi. Burada da idmançımız üçüncü yer uğrunda Ukrayna təmsilçisi ilə qarşılaşdı. Dmitri Biliçenko ilə qarşılaşan Müşkiyev rəqibə qalib gələrək, komandamıza bürünc medal gətirdi.
