10 oktyabr 2010 18:57
İkinci gün də "bürünc" gətirdi
Bu gün Bakı və Minskdə cüdo üzrə Dünya Kubokları keçirilir. Azerisport.az xəbər verir ki, yarışların ikinci günü Azərbaycana yalnız bir medal gətirdi.
Minskdə kişilər arasında keçirilən Dünya Kubokunda təmsilçilərimizdən Rüstəm Alimli (81 kq) yarımfinala kimi çatmışdı. Üçüncü yer uğrunda görüşdə o Estoniya idmançısı Aleksandr Marmeljukla qarşılaşaraq, ona qalib gəldi və bürünc medala sahib oldu.
Bakıda qadınlar arasında keçirilən Dünya Kubokunda təmsilçilərimiz medal qazana bilmədi.
