10 sentyabr 2010 16:14
Elxan Məmmədov "bürünc" qazandı (YENİLƏNDİ)
Tokioda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə tatamiyə üç Azərbaycan təmsilçisi çıxdı. Azerisport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində Elxan Məmmədov öx gücünü sınayacaq. İlk görüşü o Kipr təmsilçisi Aleksandr Manevə qarşı keçirdi və vaxtından əvvəl qələbə qazanaraq, növbəti mərhələyə çıxdı. Burada o qırğız Çingiz Məmmədov üz-üzə gələrək, onu ippon fəndi ilə məğlub etdi. Növbəti mərhələdə o yenidən ippon fəndi ilə Arqentina cüdoçusu Hektor Kaposa qalib gəldi.
1/4 finalda idmançımızın rəqibi ötənilki DÇ-nin finalisti rusiyalı Kirill Denisov oldu. Və burada da Məmmədov rəqibinin ippon fəndi ilə keçdi. Yarımfinalfda o yunanıstanlı Olimpiya çempionu İlias İliadislə qarşılaşaraq, ona ippon fəndi ilə məğlub oldu. Təsəlli görüşdə ukraynalı Valentin Qrekovla qarşılaşaraq ona qalib gəldi və bürünc medala sahib oldu.
81 kq çəki dərəcəsində isə əsas diqqət Olimpiya çempionu Elnur Məmmədliyə yönəlib. Lakin idmançımız 1/4 finalda braziliyalı Flavio Kantoya məğlub oldu, lakin bürünc medal qazanmaq şansını itirmədi. Bunun üçün o təsəlli görüşdə rusiyalı Sirajutdin Maqomedova qalib gəlməli idi. Və bunu da etdi. Sonuncu görüşdə idmançımız yaponiyalı Masaxiro Takamatsu ilə qarşılaşdı. Lakin Elnur bu fürsətdən istifadə edə bilmədi və medal qazanmaq şansını itirdi. Nəticədə idmançımız beşinci oldu.
Həmçinin tatamiyə Elxan Rəcəbli (81 kq) də çıxıb. Onun ilk rəqibi polşalı Lukaş Balx oldu. Lakin idmançımız ona qalib gələ bilmədi.
Bu çempionatının reqlamentinə uyğun olaraq, ancaq 1/4 finala qədər yüksəlmiş idmançılar "bürünc" uğrunda mübarizə apara bilər. Həmçinin qalib olan 500 reytinq xalını qazanır.
