14 iyun 2010 11:42
Portuqaliyadan Vətənə - əliboş
Lissabonda keçirilən cüdo üzrə Dünya Kubokundan Azərbaycan komandası əliboş qayıdır.
azerisport.az xəbər verir ki, olimpiya çempionumuz Elnur Məmmədlinin çıxış etdiyi 81 kq çəki dərəcəsində nə az, nə çox, düz 45 idmançı yarışa qoşulub və buna görə də, qarşılaşmalar 1/32 final mərhələsindən başlayıb. Həmin mərhələdə Elnur Polşa təmsilçisi Lukaş Blaxı məğlub edə bilib, lakin bundan sonrakı mərhələdə portuqaliyalı Diyeqo Limaya uduzub.
90 kq çəki dərəcəsində Elxan Məmmədov əlcəzairli Layes Boukuba məğlub olub və yarışları dayandırmaq məcburiyyətində qalıb.
Dünya Kubokunda iştirak edən digər cüdoçularımız da ümidləri doğrulda bilməyiblər.
