12 iyun 2010 10:58
Elnur Məmmədli tatamiyə çıxır
Bu gün Portuqaliyanın paytaxtı Lissabon şəhərində cüdo üzrə Dünya Kuboku start götürür.
azerisport.az xəbər verir ki, olimpiya çempionumuz Elnur Məmmədli 81 kq çəki dərəcəsində ilk döyüşünü ispaniyalı Fransisko Xavyer Maderə qarşı keçirəcək.
Elə həmin çəki dərəcəsində Murad Rəcəbli Adrian Lorenso Nasimento (İspaniya) – Ferreyra Marselo (Braziliya) döyüşünün qalibi ilə görüşəcək.
66 kq çəki dərəcəsində Samir Dadaşzadə porntuqaliyalı Dioqo Sesarı, elə bu çəki dərəcəsində digər cüdoçumuz Tərlan Kərimov isə fransalı Dmitri Dragini imtahana çəkəcəklər.
Nəhayət, 90 kq çəki dərəcəsində Elxan Məmmədovdan portuqaliyalı Uqo Silva üzərində qələbə gözləyəcəyik.
