7 iyun 2010 09:59
Bir qızıl, gümüş və bürünc
Avstriyanın Leybnits şəhərində keçirilmiş cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan yığması bir qızıl, bir gümüş və bir bürünc medal qazanıb.
azerisport.az xəbər verir ki, qızıl medalı 90 kq çəki dərəcəsində Şahin Qəhrəmanov, gümüş medalı Mirzə Əsgərov (60 kq), bürünc medalı isə Elsevər Sadıqzadə (55 kq) qazanıb.
