28 dekabr 2011 18:11
Azərbaycan kubokunun qalibləri müəyyənləşdi
Kişi və qadın komandaları arasında həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışların qalibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, qadınların arasında yarışın final oyununda ABU klubu “Qaradağ” komandasını 37:28 hesabı ilə məğlub edərək kuboka sahib olub.
Kişilərin mübarizəsində isə DİN kollektivi AZAL klubunu 33:32 hesabı ilə üstələyərək qalib adını qazanıb.
