1 dekabr 2016 14:20

Həndbol Federasiyasına yeni prezident seçildi

Dekabrın 1-də Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının (AHF) fəaliyyəti ilə bağlı konfrans keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

Azərbaycan idmanının inkişafından danışan Çingiz Hüseynzadə bildirib ki, sovet dövründə idmanın həndbol növü üzrə böyük uğurlar əldə olunub. Lakin hazırda həndbol bir qədər diqqətdən kənarda qalıb. Buna görə MOK rəhbərliyi, Gənclər və İdman Nazirliyi federasiya rəhbərliyində dəyişiklik edilməsinə qərar verib. Ç.Hüseynzadə AHF-nin prezidenti vəzifəsinə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun namizədliyinin irəli sürüldüyünü bildirib.

Saleh Məmmədov gənc yaşından idmana böyük həvəs göstərdiyini diqqətə çatdıraraq deyib: “Azəryol” voleybol klubunun rəhbəri olduğum illərdə komandanın uğuru üçün səylə çalışmışam. Sovet dövründə birinci dərəcəli futbolçu olmuşam. Əsas məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır. Mənə göstərdiyi etimada görə MOK-un prezidenti, dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edirəm”.

Nazir Azad Rəhimov 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə idmanın daha sürətlə inkişaf etdiyini vurğulayaraq deyib: “Mən həndbol üzrə milli komandanın üzvü olmuşam. O dövrdə idmanın bu növünə maraq olduqca böyük idi. Cənab Prezidentin dəstəyi və idman qurğularımızın yüksək səviyyədə olması bizə əsas verir ki, həndbolu inkişaf etdirək. Təkcə bir komanda ilə həndbolu inkişaf etdirmək olmaz. Buna görə ölkə çempionatı keçirilməli və məşqçilər təlimlərə göndərilməlidir”.

Sonra AHF-nin prezidenti vəzifəsinə səsvermə keçirilib. Saleh Məmmədov səsvermə nəticəsində Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.

Похожие новости

Həndbol 01 dekabr

Zaur Svanadze: Rotasiyaya əl atmayacağıq

"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Həndbol 13 may

Yığmamızın kapitanı Türkiyə çempionu oldu

Həndbol yığmamızın kapitanı Marina Tankaskaya Türkiyə çempionu olub.
Həndbol 20 noyabr

Azərbaycan çempionu Serbiya klubuna rəqib oldu

Qadın həndbolçular arasında Çellenc kubokunun 1/8 final mərhələsinin püşkü atılıb
Həndbol 16 noyabr

Konstantin Ruvinski: ABU bacardıqca irəliləyəcək

Bunu azerisport.az saytına açıqlamasında ABU-nun baş məşqçisi Konstantin Ruvinski deyib.
Həndbol 16 noyabr

ABU 1/8 finala darmadağınla çıxdı

Qadın həndbolçulardan ibarət ABU klubu Çellenc kubokunun 1/16 final mərhələsi çərçivəsində bu gün cavab matçını keçirib.
Həndbol 15 noyabr

ABU ilk görüşdə qalib gəldi

Qadın həndbolçulardan ibarət ABU klubu Çellenc kubokunun 1/16 final mərhələsi çərçivəsində bu gün ilk matçına çıxıb
Həndbol 12 noyabr

ABU-nun hücumçusu: Rəqibi hec tanımırıq

Qadın həndbolçulardan ibarət ABU klubu Çellenc kuboku çərçivəsində 15-16 noyabrda paytaxtda oyuna çıxacaq
Həndbol 25 oktyabr

EHF nümayəndəmiz Gürcüstan - Finlandiya matçında

Avropa Həndbol Federasiyasında yeganə həndbol nümayəndəmiz İskəndər Əsgərov, kişilər arasında dünya çempionatının seçmə mərhələsində 1 görüşə nəzarət edəcək. Azerisport.az saytı xəbər verir ki, o, noyabrın 3-də baş tutacaq Gürcüstan – Finlandiya matçında hakimlərə qiymət verəcək.
Həndbol 20 oktyabr

Hakimlərimiz Ukrayna - Litva matçını idarə edəcək

Ölkəmizin həndbol hakimləri milli komandalar arasında görüşlərə növbəti təyinat alıblar.