16 noyabr 2013 20:51

ABU 1/8 finala darmadağınla çıxdı

Qadın həndbolçulardan ibarət ABU klubu Çellenc kubokunun 1/16 final mərhələsi çərçivəsində bu gün cavab matçını keçirib. Azerisport.az saytı xəbər verir ki, dünən doğma divarlar arasında Yunanıstanın “Meqas Aleksandros” (Böyük İsgəndər) kollektivini böyük fərqlə üstələyən “sarı-qırmızılar” (32:21), əvəz oyununa rahat çıxıb.
 
Amma bu arxayınçılıq az qala ev sahibələrinə baha başa gələcəkdi. Görüşün əvvəlində qonaqlar 3 top irəlidə olub. ABU-nu bu vəziyyətdən baş məşqçi fasilə götürərək (taym-aut 2 dəqiqə olur) çıxarıb. Toparlanan həndbolçularımız nəinki hesabı bərabərləşdirib, get-gedə fərqi öz xeyrinə artırıb. Yekun hesab da qənaətbəxş olub - 28:18 (15:11).
 
Dünən komandamızdan ən çox top vuraq İnarə Yusubovanın (11), bu dəfə 4 zərbəsi dəqiq olub. Bu matçda bombardir kapitan Marina Tankatskaya olub - 7 top.

Похожие новости

Həndbol 01 dekabr

Zaur Svanadze: Rotasiyaya əl atmayacağıq

"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Həndbol 01 dekabr

Həndbol Federasiyasına yeni prezident seçildi

Dekabrın 1-də Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının (AHF) fəaliyyəti ilə bağlı konfrans keçirilib.
Həndbol 13 may

Yığmamızın kapitanı Türkiyə çempionu oldu

Həndbol yığmamızın kapitanı Marina Tankaskaya Türkiyə çempionu olub.
Həndbol 20 noyabr

Azərbaycan çempionu Serbiya klubuna rəqib oldu

Qadın həndbolçular arasında Çellenc kubokunun 1/8 final mərhələsinin püşkü atılıb
Həndbol 16 noyabr

Konstantin Ruvinski: ABU bacardıqca irəliləyəcək

Bunu azerisport.az saytına açıqlamasında ABU-nun baş məşqçisi Konstantin Ruvinski deyib.
Həndbol 15 noyabr

ABU ilk görüşdə qalib gəldi

Qadın həndbolçulardan ibarət ABU klubu Çellenc kubokunun 1/16 final mərhələsi çərçivəsində bu gün ilk matçına çıxıb
Həndbol 12 noyabr

ABU-nun hücumçusu: Rəqibi hec tanımırıq

Qadın həndbolçulardan ibarət ABU klubu Çellenc kuboku çərçivəsində 15-16 noyabrda paytaxtda oyuna çıxacaq
Həndbol 25 oktyabr

EHF nümayəndəmiz Gürcüstan - Finlandiya matçında

Avropa Həndbol Federasiyasında yeganə həndbol nümayəndəmiz İskəndər Əsgərov, kişilər arasında dünya çempionatının seçmə mərhələsində 1 görüşə nəzarət edəcək. Azerisport.az saytı xəbər verir ki, o, noyabrın 3-də baş tutacaq Gürcüstan – Finlandiya matçında hakimlərə qiymət verəcək.
Həndbol 20 oktyabr

Hakimlərimiz Ukrayna - Litva matçını idarə edəcək

Ölkəmizin həndbol hakimləri milli komandalar arasında görüşlərə növbəti təyinat alıblar.