9 sentyabr 2016 22:30

Teymur Rəcəbov: Sona qədər mübarizə aparacağıq

42-ci Ümumdünya Şahmat Olimpiadasının 7-ci turunda xorvat şahmatçı Mladen Palaçı məğlub edən Azərbaycan millisinin üzvü Teymur Rəcəbov komandamızın qələbə qazanmasında həlledici rol oynayıb. Azerisport.az xəbər verir ki, partiyadan sonra Rəcəbov Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə müsahibə verib.

Şahmatçı oyunun tam fərqli tərzdə başladığını deyib: "Oyuna yaxşı başladım və demək olar ki, üstünlük qazanmaq üçün rəqibin gözləmədiyi gedişləri etdim. Əvvəldən üstünlüyüm olmasa da, tədricən hər şey dəyişdi. Fil ilə gedişdən sonra bərabərlik görünmürdü. Qonşu masadakı Rauf Məmmədovun oyununu izləyirdim. Məmmədovun qələbə qazanmaq şansları göründüyü halda, müdafiəyə daha çox diqqət etməyə başladım. Rəqib fikirləşməyə çox vaxt itirdi. Tez qələbə qazanmaq üçün gedişləri saymağa başladı və nəticədə çox vaxt itirdi. Seytnota düşməyə yaxınlaşırdı. Fürsətdən istifadə edərək oyunu düzgün qurdum və yekunda qələbə qazandım. Sevinirəm ki, bizim üçün hər şey yaxşı başa çatdı".

Olimpiadada arxada qalan 7-ci tur haqda danışan Rəcəbov yığmamızın sona qədər mübarizə aparacağını bildirib: "Qarşıda 4 tur var. Hazırda proqnoz vermək düzgün olmaz. Bakıdakı olimpiadada dünyanın ən güclü komandaları mübarizə aparır. Azərbaycan millisi ilk turdan maksimum nəticə uğrunda yarışır. Hindistanla oyunda məğlubiyyət çox acınacaqlı oldu. Həmin oyuna tam fərqli nəticə qeydə alına bilərdi. Arkadi Naydiçdə kifayət qədər yaxşı vəziyyət idi. Şəhriyar Məmmədyarovda üstünlük hiss olunurdu. Partiyanı uğurla başa vurmaq olardı, təəssüf ki istədiyimiz alınmadı. Hindistanla oyunla məğlubiyyətə layiq deyildik. Bununla belə mübarizəni sona qədər davam etdirəcəyik. İndi hər bir tur ümumi nəticə baxımından çox vacibdir".

Azərbaycan millisinin şahmatçısı doğma Bakıda mübarizə aparmağın asan olmadığını da söylədi: "Azərbaycanda çıxış etmək böyük məsuliyyətdir. Çoxlu sayda insanlar olimpiadaya gələrək komandamıza dəstək olur. Müəyyən mənada təzyiq hiss olunur. Doğma insanların qarşısında oynamaq çətindir. Fikrimcə yığmanın hər bir üzvü peşəkardır. Bundan əvvəl də biz Bakıda, Şəmkirdə digər şəhərlərimizdə çıxış etmişik. Elə etməliyik ki, Bakıda doğma divarlar bizə kömək etsin".

42-ci Ümumdünya Şahmat Olimpiadasının təşkilatçılığından danışan Teymur Rəcəbov karyerasında 8-ci olimpiadada iştirak etdiyini dedi: "Bu mənim 8-ci olimpiadamdır. Adətən yarış başa çatdıqdan sonra təşkilatçılıq haqda danışıram. 7 turdan sonra əminliklə demək olar ki, Bakı olimpiada tarixində ən yaxşı turniri keçirir. Şahmatçılar ən gözəl otellərdə məskunlaşıb, qidalanma və nəqliyyat məsələləri qaydasındadır. Bir sözlə təşkilatçılıq yüksək səviyyədədir. Bütün qonaqlar təşkilatçılıqdan razılığını bildirir. Ümid edirik ki, sona qədər belə olacaq".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.