11 sentyabr 2016 13:30

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb. Azerisport.az xəbər verir ki, toplantıda ilk olaraq Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib.

Nazir Bakının ev sahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasından danışaraq bütün qonaqları salamlayıb: "Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Ötən il Bakı ilk Avropa Oyunlarına, şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etdi. Bu il paytaxtımızda Formula 1 kimi nüfuzlu yarış təşkil olundu. İndi isə Bakı şahmat dünyasının mərkəzinə çevrilib. Şahmat Olimpiadasının Bakıda keçirilməsi böyük hadisədir. Böyük etimada görə FİDE-yə təşəkkür edirik".

FİDE prezidenti Kirsan İlyumjinov isə 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana təşəkkür edib: "Əminliklə demək olar ki, Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən möhtəşəm olimpiadadır. Burada olmaqdan məmnunam. Yüksək təşkilatçılığa görə Azərbaycan hökümətinə, bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Hamıya məlumdur ki, Azərbaycanda şahmat çox sevilir. Dünyada ilk dəfə məhz Azərbaycanda şahmatın inkişafına dair Dövlət Proqramı imzalanıb. Məktəblərdə şahmat tədris olunur".

Sonra Azərbaycan Respublikasının Dövlət Himni, ardınca isə FİDE-nin himni səsləndirilib.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.
Şahmat 10 sentyabr

Azərbaycan Latviyaya qalib gəldi, Çinə uduzdu

Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun görüşləri baş tutub.