13 sentyabr 2016 14:45

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə müsahibəsində Bakro daha yaxşı nəticələrə ümid etdiklərini söyləyib:

“Biz ümid edirdik ki, komandamız rəqiblərlə başabaş və inamlı oynayacaq. Lakin belə  turnirlərdə hər cür vəziyyətə hazır olmalısan. Heç vaxt nəinki hansısa partiyanın, ümumiyyətlə matçın necə nəticələnəcəyini bilmirsən. Təbii ki, ümidlərimiz böyük idi. Komandanın hazırda yığdığından daha çox xal qazanacağına inanırdıq. Bəzən kiçik nüanslar lazımi nəticənin qazanılmasına mane oldu. İstənilən halda, mübarizəmizi sona qədər davam etdirəcəyik”.

O, olimpiadanın 9-cu turunda yığmamızın Rusiya ilə görüşünü belə dəyərləndirib: “Turnirin əsas favoritlərindən biri hesab olunan komandaya qarşı oynamaq hər zaman çətindir. Vladimir Kramnik və Aleksandr Qrişuk ağ fiqurlarla oynayırsa, qarşıya qoyulan məqsədə çatmaq daha da çətin olur. Şəhriyar Məmmədyarov Sergey Karyakinlə görüşdə üstünlüyə malik idi. Lakin yekunda partiya heç-heçə başa çatdı. Rauf Məmmədovun Yevgeni Tomaşevskiyə qarşı oyununda da perspektivli mövqe mövcud idi. Hər şey dəqiq gedişdən asılı vəziyyətdəydi. 1 səhv qələbə planına mane olacaqdı. Yekunda həmin görüş də heç-heçə tamamlandı”.

Fransız mütəxəssis Olimpiadanın yüksək təşkilindən də söz açıb: “Oyun zalı əladır. Hər şey ən yüksək tələblərə cavab verir. Düzdür, mən oyunların keçirildiyi zalda çox ola bilmirəm. Adətən gecə vaxtı işləyirəm. Səhərə kimi azərbaycanlı şahmatçıların gələcək partiyaları, mümkün variantlar üzərində çalışıram”.

Похожие новости

Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.
Şahmat 10 sentyabr

Azərbaycan Latviyaya qalib gəldi, Çinə uduzdu

Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun görüşləri baş tutub.