9 sentyabr 2016 11:20

Gülnar Məmmədova: Adamın gözü həmişə ilk üçlükdə olur

Bakıda keçirilən 42-ci Şahmat Olimpiadasının altıncı turunda qadınlardan ibarət əsas millimiz güclü Gürcüstan yığması ilə xalları yarı bölüb - 2:2. Azerisport.az xəbər verir ki, qələbəyə bərabər heç-heçənin qazanılmasında üçüncü lövhədə yarışan Gülnar Məmmədovanın böyük olub. Nino Batsiaşvilini məğlub edən xanım şahmatçımız görüşdən sonra Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə müsahibə verib.

- Olimpiadanın 6-cı turunda Nino Batsiaşvilini məğlub etdiniz. Daha əvvəl bu şahmatçı ilə qarşılaşmışdınız?
- Daha əvvəl 5 dəfə qarşılaşmışdıq. Bu, 6-cı görüşümüz idi. 5 görüşdən 3-də mən, 1-də rəqib qələbə qazanıb. Yenidən Batsiaşvilidən üstün oldum. Qələbə qazandığım üçün çox şadam. Lakin yenə də rəqibin çox güclü şahmatçı olduğunu deməliyəm.

- Aranızdakı oyunların ümumi nəticəsini nəzərə alsaq, görüşdən öncə psixoloji üstünlüyün sizin tərəfinizdə olduğunu söyləmək mümkündür?
- Belə demək olar. Həm də rəqibim buna qədər Olimpiadada keçirdiyi 5 görüşün hamısında qələbə qazanmışdı. Düşünürdüm ki, 6-cı görüşündə uduzacaq. Bu məqam mənə inam verirdi.

- Rəqib sizdən reytinqdə 170 xal öndə idi. Bunu nəzərə alaraq, hücum taktikası seçmişdiniz?
- Debüt bərabər alındı. Ancaq sonradan oyunun gedişatı qarışdı. Ardınca üstünlük əldə etdim. Həm də rəqibin vaxtının azlığından faydalandım.

- Neçənci gedişdən sonra qələbə qazanacağınıza əmin oldunuz?
- 50-55-ci gedişdə. Daha əvvəl qələbə qazanacağım hiss olunmurdu. Sona yaxın istəyimə çatdım.

- Birinci lövhədə mübarizə aparan komanda yoldaşınız Zeynəb Məmmədyarova uduzana qədər yəqin ki, daha çox heç-heçə barədə düşünürdünüz...
- Əvvəldən məqsədim qələbə qazanmaq idi. Lakin heç-heçə ilə də razılaşmaq olardı. Rəqib çox güclü olduğundan bərabərlik qənaətbəxş nəticə hesas ediləcəkdi. Ancaq Zeynəb uduzduqdan sonra anlayırdım ki, mütləq qələbə qazanmalıyam.

- Geridə qalan müddətdə olimpiadadakı çıxışınızı necə dəyərləndirə bilərsiniz?
- 5 oyundan sonra 4 xalım var. 3 görüşdə qələbə qazanmışam, 2 dəfə heç-heçə etmişəm. Çıxışımdan çox razıyam.

- 6 turdan sonra 6-cı pillədə qərarlaşmısınız. Millimiz liderlərdən cəmi 1 xal geri qalır ki, bu nəticə çoxları üçün xoş sürprizdir. Artıq medal barədə düşünmək olar?
- Biz əvvəldən ilk “10-luğ”a oynayırdıq. Amma yenə də hər bir idmançı bütün görüşlərdə qələbə qazanmaq istəyir. Adamın gözü həmişə ilk “üçlük”də olur. Məncə, qarşıdakı 2-3 turda da yaxşı oynasaq, medal qazanmağımız mümkündür. Yavaş-yavaş medallar haqda düşünmək olar

- Çempionluq mübarizəsində favoritlər kimlərdir?
- Ukrayna, Rusiya və Çin milliləri.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.