8 sentyabr 2016 23:30

Fabiano Karuana: Olimpiadanın təşkilatçıları çox böyük iş görüblər

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının altıncı turunda ABŞ millisi buna qədər xal itirməyən Ukraynanı məğlub edib. Azerisport.az xəbər verir ki, görüş 2,5:1,5 hesabı ilə nəticələnib. ABŞ yığmasının lideri Fabiano Karuananın Pavel Elyanovu məğlub etməsi ABŞ-a qələbə qazandırıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, partiyadan sonra Karuananın iştirakı ilə mətbuat konfransı keçirilib. 24 yaşlı şahmatçı qələbəsini belə şərh edib: “Hələ ki turnir istədiyimiz kimi keçir. 6 tur ərzində uduzmamışıq. Üstəlik, Rusiya və Çin kimi komandaları turnir cədvəlində qabaqlayırıq. Bu, uğurlu nəticədir. ABŞ-ın hazırkı heyəti gənclərdən ibarətdir. Ukrayna ilə görüşümüz çətin alındı. Amma mən vəziyyətdən maksimum yararlanmağı bacardım”.

Fabiano Karuana qeyd edib ki, dünən Olimpiadada istirahət günü olması onun işinə yarayıb: “Dünən şahmat barədə düşünməməyə çalışdım. İstəyirdim ki, beynim təmizlənsin. Daha sonra isə tam gücümüzlə Ukraynaya qarşı mübarizə apardıq. Sevinirəm ki, güclü rəqib üzərində qələbə qazanmağa müvəffəq olduq”.

Əslən İtaliyadan olan qrossmeyster Bakıda keçirilən Şahmat Olimpiadasının yüksək təşkilatçılığına da toxunub: “Yarış çox yüksək səviyyədə keçirilir. Təşkilatçılar çox böyük iş görüblər. Bunu görməmək mümkün deyil. Belə gözəl şəraitdə idmançılara yalnız fikrini oyunlara yönəltmək qalır”.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.