8 sentyabr 2016 23:00

Qaprindaşvili: Olimpiadanın oyun zalı möhtəşəmdir

Keçmiş dünya çempionu Nona Qaprindaşvili bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasında 6-cı turun görüşlərini izləyib. Azerisport.az xəbər verir ki, Kristal Zalın sərgi solununa da baxmağa imkan tapan Qaprindaşvili 2 ildən sonra Batumidə keçiriləcək olimpiadının stendinə tamaşa edib.

Daha sonra isə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarını cavablandıran keçmiş dünya çempionu ilkin təəssüratlarını bölüşüb: “Bakıda sonuncu dəfə 1 il əvvəl olmuşam. Həmin vaxt burada şahmat üzrə Dünya Kuboku keçirilirdi. Olimpiadadan zövq almaq üçün yenidən məmuniyyətlə Azərbaycan paytaxtına gəldim. Bakıdakı olimpiadanın yüksək səviyyədə təşkil olunacağına şübhə yox idi. Şərait əladır, olimpiadanın oyun zalı möhtəşəmdir. Buradakı atmosferdən zövq alıram”.

Nona Qaprindaşvili Gürcüstanın qadınlardan ibarət yığmasının çıxışını da dəyərləndirib: “Turnirin startında onlar gözlənilmədən Filippinə uduzdular. Bu məğlubiyyət anlaşılmaz idi. İstənilən halda, millimizin olimpiadada medallar uğrunda mübarizə aparacağını düşünürəm”.

Qaprindaşvili qeyd edib ki, Batumidə baş tutacaq növbəti olimpiadanı səbirsizliklə gözləyirlər: “Batumi dəniz sahilində yerləşən və əla infrastruktura malik şəhərdir. Olimpiadaya hazırlıq yaxşı təşkil olunacaq, oyun zalı ilə bağlı da heç bir problem yoxdur. Olimpiadaya yüksək səviyyədə hazırlaşmaq üçün hələ iki ilimiz var”.

Sonda sabiq dünya çempionu bildirib ki, dünya şahmatının diqqəti qarşıdakı illərdə Azərbaycan və Gürcüstanda cəmlənəcək: “Bakı 2 dəfə FİDE-nin Qran-Prisinə, Dünya Kubokuna ev sahibliyi edib. Hazırda isə burada olimpiada təşkil olunur. Tiflisdə də FİDE-nin Qran-Prisi keçirilib. Növbəti il Gürcüstan paytaxtı dünya kubokunu, daha sonra Batumi olimpiadanı qəbul edəcək. Artıq lazım olan hazırlıqlara start vermişik”.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.