6 sentyabr 2016 00:05

Zeynəb Məmmədyarova: İlk beşliyə düşə bilərik

42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü günündə qadınlardan ibarət əsas yığmamızın üzvü Zeynəb Məmmədyarova Rumıniya ilə görüşdə birinci lövhədə Korina-İzabela Peptanı məğlub edib. Azerisport.az xəbər verir ki, Olimpiadada ardıcıl ikinci, ümumilikdə üçüncü qələbəsini qazanan Zeynəb Məmmədyarovanın iştirakı ilə mətbuat konfransı keçirilib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, xanım şahmatçımız əvvəlcə qələbəsini şərh edib: “Dünən və bu gün qarşılaşdığım rəqiblərim çox yüksək səviyyəli şahmatçılar idi. Həm Polşa, həm də Rumıniya güclü komandadır. Kapitanımız mənə ehtiyatlı, mümkün qədər risksiz oynamağı tapşırmışdı. Hər iki komanda ilə görüşlərdə heç-heçə bizi qane edirdi. Ehtiyatlı oynasam da, qələbə qazandım. Çox şadam ki, bu qələbə yığmamız üçün mühüm əhəmiyyət kəsb edir. Komanda üçün yarım xal da vacibdir. Meksika ilə görüşdə rəqibim reytinqdə məndən zəif idi. Oyun heç-heçəyə doğru getsə də, risk etdim və uduzum. Həmin yarım xal sonda özünü göstərəcək”.

Xanım qrossmeysterimiz atası Həmid Məmmədyarovun qazandığı uğurlarda böyük rol oynadığını bildirib: “Əksər yarışlarda atam bizimlə olur. Olimpiadada da öz dəstəyini bizdən əsirgəmir. Hər gün oyundan qabaq öz tapşırıqlarını verir. Onun varlığı bizə uğur gətirir”.

Məmmədyarova son 1 ildə çox az turnirdə yarışdığını bildirib: “Siyasi fəaliyyətimlə əlaqədar olaraq son 1 ildə yarışlara az qatılıram. Amma vətənpərvərliyimiz özünü göstərir və bu olimpiadada çıxışımız uğurlu alınır. İnanıram ki, sona qədər yaxşı mübarizə aparmağa enerjimiz çatacaq. Qadın şahmatçılarımız əksər hallarda reytinqlərindən daha yaxşı çıxış edirlər. Bu dəfə də elə olacağına inanıram. Düşünürəm ki, ilk “beşliy”ə düşə bilərik”.

Tanınmış qrossmeyster Vətəndə keçirilən yarışlarda məsuliyyətin çox olduğunu vurğulayıb: “2002-ci ildə Bakıda gənclər arasında Avropa çempionatının qalibi oldum. 2003-cü ildə Naxçıvanda dünya çempionatında bürünc medal qazandım, qardaşım Şəhriyar isə çempion oldu. Vətəndə oynamaq bir qədər psixoloji cəhətdən çətindir. Çünki doğma divarlar əlavə məsuliyyətdir. Amma bu məsuliyyət öz işini görür və bizə müvəffəqiyyət gətirir”.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.