5 sentyabr 2016 18:00

Yaqub Eyyubov Bakı Kristal Zalda

Sentyabrın 5-də Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü turu keçirilir. Azerisport.az yarışın mətbuat xidmətinə istinadla xəbər verir ki, mötəbər turnirin dördüncü günündə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov Bakı Kristal Zala gələrək  şahmatçıların oyunlarını izləyib.

Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət yığma komandalarının oyunlarını izləyən Yaqub Eyyubov şahmatçılara uğurlar arzulayıb.

Olimpiadanın dördüncü günündə Azərbaycanın kişilərdən ibarət əsas komandası Rumıniya yığması ilə qarşılaşır. İkinci komandamız əlil şahmatçılardan ibarət beynəlxalq komanda (İBCA) ilə gücünü sınayır. Azərbaycanın üçüncü yığması isə Türkmənistan ilə üz-üzə gəlir.

Qadınlardan ibarət əsas komandamız dördüncü turda Rumıniya ilə qarşılaşır. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirir.

Qeyd edək ki, Bakı Olimpiadasında rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.