5 sentyabr 2016 11:30

Millimizin 16 yaşlı üzvü: Polşa ilə heç-heçə də yaxşı nəticə hesab olunacaqdı

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan qadınlardan ibarət əsas yığmamızın üzvü Günay Məmmədzadə olimpiadanın mətbuat xidmətinə müsahibə verib. Azerisport.az xəbər verir ki, 16 yaşlı şahmatçı ilk növbədə doğma divarlar arasında oynamağın üstünlüklərindən danışıb:

“Buna qədər bir çox turnirlərdə oynasam da, əsas milli komandamızın heyətində olimpiadada debüt etdim. Belə mötəbər turnirdə ilk dəfə çıxış etsəm də, həyəcan yoxdur. Olimpiadanın Bakıda keçirilməsi məsuliyyətdir. Evdə oynamağımız bizi görüşlərə daha yaxşı motivasiya edir”.

Olimpiadanın 3-cü turunda qadınlardan ibarət əsas millimiz güclü Polşa yığmasını məğlub edib. Bu qələbədə Günay Məmmədzadənin rolu böyükdür. Çünki başa çatan ilk iki partiyadan sonra yığmamız hesabda geri olsa da, məhz ikinci lövhədə yarışan gənc şahmatçının qələbəsi sayəsində ümumi nəticədə bərabərlik yaranıb: “Rəqibim reytinqdə məndən üstün idi. Buna qədər heç vaxt qarşılaşmamışdıq. Debütdə üstünliyə yiyələnə bilmədim. Rəqibin vəziyyəti daha yaxşı idi. Lakin polşalı şahmatçı sonradan səhv etdi. Bundan sonra qurduğum planımı reallaşdırdım. 19-20-ci gedişdən sonra daha rahat oynadım. Çünki üstünlük artıq mənim tərəfimdə idi. Rəqib məğlubiyyətdən qaçmağa çalışsa da, buna imkan vermədim”. 

Günay Məmmədzadə bildirib ki, görüşlər zamanı komanda yoldaşlarının da çıxışlarını diqqətdə saxlayır: “Çalışıram komanda yoldaşlarımın nəticələrindən də xəbərdar olum. Bu, fikrimi yayındırmır. Digər yarışlardan fərqli olaraq, olimpiadada kənarda xeyli idmançı gəzir. Lakin bu məqam oyunuma təsir göstərmir. Əksinə, Bakıda keçirilən olimpiadada zalda daha çox sakitçilik olur. Bu da düzgün tərtibatdan irəli gəlir. Turnirdə hər şey yaxşıdır”.

16 yaşlı idmançı komandamızın turnirdəki perspektivi barədə dəqiq proqnoz vermək istəməyib: “Gələcək haqqında heç bir şey deyə bilmərəm. İnanıram ki, gücümüz çatan qədər mübarizə aparacağıq. Olimpiada Bakıda keçirildiyindən biz də mümkün qədər yaxşı çıxış etməyə çalışacağıq. Hələ ki qələbə qazanırıq. III turda güclü Polşa yığmasına qalib gəldik. Bu komanda ilə heç-heçə də yaxşı nəticə hesab olunacaqdı. Sevindirici haldır ki, komandamızın aparıcı üzvü Zeynəb Məmmədyarova sonda rəqibdən üstün oldu. Belədə ümumi nəticədə də qələbə qazandıq”.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.