5 sentyabr 2016 11:00

Azərbaycan Rumıniyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü turun təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, itkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız sentyabrın 5-də Rumıniya ilə üz-üzə gələcək.

İkinci millimizin rəqibi görməqabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandası (IBCA) olacaq. Üçüncü yığmamız isə Türkmənistanı sınağa çəkəcək.

Günün ən çox maraq doğuran görüşlərindən biri Ukrayna və Rusiya arasında keçiriləcək. Həmçinin Hindistan - Kuba, ABŞ - Çexiya, Çin - İtaliya, İngiltərə - Hollandiya, Yunanıstan - Fransa görüşləri də maraqla gözlənilir.

Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşacaq. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Favoritlərdən Çin Latviya ilə, Ukrayna Fransa ilə, Rusiya Macarıstanla, Hindistan İsraillə, Gürcüstan Misirlə, ABŞ Bosniya və Hersoqovina ilə üz-üzə gələcək.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.