5 sentyabr 2016 00:05

Arkadi Naydiç: Hansı lövhədə oynamağın heç bir fərqi yoxdur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda əsas millimiz Macarıstana 3:1 hesabıyla qalib gəlib. Azerisport.az xəbər verir ki, dördüncü lövhədə mübarizə aparan Arkadi Naydiç Benjamin Qleduranı məğlub edib.

Mətbuat konfransında Naydiç qələbə qazandığı partiyanı belə şərh edib: “Gərgin partiya alındı. Debütdən sonra oyunu bərabərləşdirə bildim. Daha sonra rəqibim bir qədər qəribə oynamağa başladı. Sonda istəyimə çatdım. Macarıstanlı şahmatçı çalışsa da, yenilgidən qaça bilmədi. Ötən Avropa çempionatında biz Macarıstana 0,5:3,5 hesabı ilə uduzmuşduq. Yeganə yarım xalı Petor Lekodan almaq mümkün olmuşdu. Leko bu yarışda yoxdur. Amma Macarıstan millisi o olmadan da güclüdür. Bu səbəbdən də görüşə çox ciddi şəkildə hazırlaşmışdıq”. 

Naydiç rəqibini məğlub edənə qədər komanda yoldaşlarından Şəhriyar Məmmədyarov qələbə qazandığı halda, Teymur Rəcəbov məğlub olub. Naydiç vəziyyəti belə dəyərləndirib: “Görüş əvvəldən gərgin alındı. Şəhriyarın vəziyyəti qeyri-müəyyən idi. 3 saatdan sonra onun qələbə qazanacağı ehtimal edilirdi. Teymur isə əksinə, çətin vəziyyətə düşmüşdü. Raufun müəyyən qədər üstünlüyü vardı. Lakin partiya heç-heçəyə oxşayırdı. Mənim oyunumda da gedişat heç-heçəyə oxşayırdı. Bu səbəbdən də ya mən, ya da Rauf qələbə qazanmalıydı. Əlimizdən gələni edirdik ki, ikimizdən biri qələbə qazansın. Bu halda komanda yoldaşlarımız daha rahat oynaya biləcəkdilər”. 

Naydiç dördüncü lövhədə oynamağın onun üçün ciddi əhəmiyyət kəsb etmədiyini bildirib: “Komandamızdakı 5 idmançının hamısı güclüdür. Şəhriyar və Teymurun təqdimata ehtiyacı yoxdur. 4-cü lövhədə oynadığımdan əksər oyunlarda reytinqimə görə favorit hesab olunuram. Turnir uzundur. Hər kəs əlindən gələni edir ki, komandaya daha çox fayda versin. Mənim üçün hansı lövhədə oynamağın heç bir fərqi yoxdur”.

Arkadi Naydiç komanda yoldaşı Teymur Rəcəbovdan da danışıb: “Teymur Rəcəbov yüksək səviyyəli şahmatçıdır. O, dünyanın ən güclülərindən biridir. Teymur nə etməli olduğunu çox yaxşı bilir”.

Təcrübəli qrossmeyster yığmamızın düşərgəsində əhabl-ruhiyyənin yüksək səviyyədə olduğunu vurğulayıb: “Komandamızın məşqçisi Etyen Bakro ilə uzun ilərdir dostluq əlaqələrimiz var. Onu çox yaxşı tanıyıram. Kapitan Aleksandr Dreyev isə daha əvvəl Şəhriyar və Raufla birgə çalışıb. Komandada vəziyyət çox yaxşıdır. Hər kəs qələbəyə köklənib”.

Sonda Naydiç olimpiadanın favoriti qismində 3 komandanın adını çəkib: “Olimpiadanın favoritləri Rusiya, ABŞ və Çindir. Bizim nəticəmiz bu komandalara qarşı oyunlardan asılı olacaq. Bir qədər bəxtimiz gətirsə, medal qazanmağımız mümkündür”.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.