4 sentyabr 2016 22:30

Vasif Durarbəyli: Bizim üçün uğur ilk 10-luğa düşmək olacaq

Bakıda  keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda ikinci millimiz Hindistan komandasına məğlub olub 1:3. Azerisport.az xəbər verir ki, birinci lövhədə yarışan Vasif Durarbəyli Hindistan yığmasının üzvü Pentala Harikrişna ilə heç-heçəyə razılaşıb.

Partiyadan sonra keçirilən mətbuat konfransında Vasif Durarbəyli rəqibin zəif olmadığını söyləyib: “Rəqibim güclü qrossmeyster idi. Hər şey plana uyğun idi. Təssüf ki, Harikrişna səhv etmədi. Ona görə də görüş heç-heçə tamamlandı. Yekunda son şans olaraq rəqibə tələ qursam da, o, aldanmadı. Birinci tur da mənim üçün uğurlu keçməmişdi. Mozambik şahmatçısı ilə görüşdə 1 səhv etdim və yekunda heç-heçə qeydə alındı. Halbuki bir piyada üstün idim. İlk günlər çətinliklər oldu. Amerikadan gəldiyim üçün saat fərqinə uyğunlaşmaq üçün vaxt lazım idi”.

Amerikada təhsil alan şahmatçımız təhsil və idmanla eyni vaxtda məşğul olmağın çətinliyindən söz açıb: “Dərslə şahmat eyni vaxtda asan alınmır. Azərbaycana gəldikdən sonra kapitanımız ev tapşırıqlarını yerinə yetirməyə imkan vermir. Geri qayıtdıqdan sonra gecə-gündüz oxuyacağam ki, boşluğu aradan qaldırım”.

Durarbəyli birinci löhvədə mübarizə aparmasının səbəbini belə açıqlayıb: “Reytinqə görə, mən komandada ikinciyəm. Lakin belə qərara alındı ki, ilk lövhədə mübarizə aparım. Çünki güclülərə qarşı yaxşı oynayıram, zəiflərə qarşı pis. Məqsədim mümkün qədər çox xal toplamaqdı. Ən pis halda, güclü şahmatçılarla heç-heçə etməliyəm”.

Qrossmeyster olimpiadada ikinci milli komandamızın məqsədi barədə bunları söyləyib: “Reytinqə görə 28-ciyik. İlk “20-lik”də yer almağımız realdı. Amma bu nəticəni uğur yox, uğursuzluq hesab edəcəyəm. Bizim üçün uğur ilk “10-luğ”a düşmək olar”.

Şahmatçımız gələcək planları ilə bağlı yekun qərar qəbul etmədiyini bildirib: “ABŞ-da iqtisadiyyatı öyrənirəm. Gələcək planlarımla bağlı qərar qəbul etməmişəm. Dərslər çox vaxt aparır. Vaxtım olanda şahmatla məşğul oluram. Orada da güclü oyunçular var. Vyetnamın bir nömrəsi mənim otaq yoldaşımdı. Qrossmeysterlər çoxdur. Sent Luis şahmat üçün uğurlu yerdi”.

Vasif Durarbəyli şahmatçılarımızın olimpiadadan öncə ölkə prezidenti İlham Əliyevlə görüşündə yaşanan maraqlı hadisədən də danışıb: “Cənab prezidentlə görüşümüz zamanı sıra mənə çatanda dövlət başçımız soruşdu ki sən də şahmatçısan? Dedim, bəli. Prezident İlham Əliyev “Şahmatçıdan çox güləşçiyə oxşayırsan” dedi. Bəlkə də çoxunuz bilmisiniz ki, daha əvvəl cüdo ilə məşğul olmuşam. Amma ümidlərim çox tez puç olub. Mozambiklə ilk turdakı görüşdə heç-heçə etdikdən sonra düşündüm ki, cənab prezidentimiz haqlı idi”.

Sonda Durarbəyli ikinci komandamızın kapitanı Emil Sutovski barədə sualı cavablandırıb: “Sutovski neçə ildir bizimlə birgə “Odlar Yurdu”ndan çalışır. Bir-birimizi çox yaxşı tanıyırıq. Qərarları o qəbul edir. Lakin bizim fikirlərimizə də hörmətlə yanaşır”.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.