3 sentyabr 2016 00:05

Azərbaycan komandaları Bakı Şahmat Olimpiadasına qələbə ilə başladılar

Sentyabrın 2-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib. Azerisport.az xəbər verir ki, yarışlarda rekord sayda komanda iştirak edir.

Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır.

İlk turda Azərbaycanın birinci yığması Zimbabve, ikinci komandamız Mozambik şahmatçıları ilə qarşılaşıb, üçüncü komandamızın rəqibləri isə Papua-Yeni Qvineya şahmatçıları olub. İki komandamız görüşünü 4:0 hesablı qələbə ilə başa vurub. İkinci komandamız isə Mozambiki 3,5:0,5 hesabı ilə məğlub edib.

Qadınlardan ibarət birinci yığmamız Nikaraqua, ikinci komandamız isə Yaponiya şahmatçılarına 4:0 hesabı ilə qalib gəliblər. Lesoto komandası yarışa gec gəldiyinə görə üçüncü komandamıza texniki qələbə verilib.

Beləliklə, ilk turda Azərbaycan komandaları aktivlərinə 2 xal yazdırıblar.

Xatırladaq ki, Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.

Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandaya Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova, üçüncü komandanın heyətinə isə Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova daxildir.

Olimpiadanın ilk turu

Kişilər

Azərbaycan-1 – Zimbabve - 4:0

Azərbaycan-2 – Mozambik - 3,5:0,5

Papua-Yeni Qvineya – Azərbaycan-3 - 0:4

Turnir cədvəli: 1. Rusiya, 2. ABŞ, 3. Çin, 4. Azərbaycan-1 - hərəyə 2 xal, 55. Azərbaycan-3, 76. Azərbaycan-2 - hərəyə 2 xal.

Qadınlar

Nikaraqua – Azərbaycan-1 - 0:4

Yaponiya – Azərbaycan-2 - 0:4

Lesoto – Azərbaycan-3 - 0:4

Turnir cədvəli: 1. Çin, 2. Ukrayna, 3. Rusiya - hərəyə 2 xal, 15. Azərbaycan-1, 25. Azərbaycan-2, 49. Azərbaycan-3 - hərəyə 2 xal.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.