2 sentyabr 2016 19:40

Nərgiz Umudova: 4:0 hesablı qələbə gözləmək olar

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət ikinci yığmamız Yaponiya ilə qarşılaşır. Azerisport.az xəbər verir ki, şahmatçılarımızdan ilk olaraq dördüncü lövhədə mübarizə aparan Nərgiz Umudova partiyasını başa vurub. Təcrübəli şahmatçımız Misaki Şibatanı məğlub edib.

Partiyadan sonra keçirilən mətbuat konfransında Umudova tamaçaşıların dəstəyini qeyd edib:

“Şahmatda doğma divarlar arasında oynamaq çətindir. Təzyiq olur. Amma bizim üçün belə deyil. Tamaşaçıların dəstəyi bizə əlavə güc verir. Üzərimizdə hər hansı təzyiq hiss etmirik. Ailə üzvlərimiz, dostlarımız bizi dəstəkləyirər. Bu, bizə əlavə güc verir. Bu gün hər bir komandamızdan 4:0-lıq qələbə gözləmək mümnüdür. İnanıram ki, qələbə bizim olacaq”.

Təcrübəli şahmatçı ölkə başçısı İlham Əliyevin şahmatçılarımızla görüşü barədə sualı belə cavablandırıb: “Açılışdan öncə cənab prezident bizi qəbul etdi. Bu, qürurvericidir. Dünya praktikasında belə hala az rast gəlinir. Çox nadir ölkələrdə idmana dövlət səviyyəsində bu cür qayğı göstərilir. Bu isə gənclərin şahmatla məşğul olmasına stimul verəcək”.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.