1 sentyabr 2016 16:00

Bu gün Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçiriləcək

Bu gün Bakıda təşkil olunacaq 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı olan "Amapola Exclusive Events" tərəfindən hazırlanan tədbirdə rəngarəng və unudulmaz səhnələr, milli və müasir rəqslər, musiqilər o cümlədən 176 nağaraçının iştirakıyla bayraqlarla parad nümayiş etdiriləcək.

Təşkilatçılar müasir texnoligiyanın vasitəsilə açılışda qədim oyunun yaranma tarixini göstərməyi planlaşdırır. Sonradan şahmat fiqurları Azərbaycanın müasir və qədim memarlıq abidələrinə çevrilməklə tamaşaçıları heyran edəcək.

Azərbaycanın məşhur bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun musiqisinin müşaiyətiylə şahmat dünyası improvizə olunacaq. Rəqqaslar ritmik və dinamik kompozisiyada şaxmat oyununda hər zaman davam edən mübarizəni tərənnüm edəcək.

Video proyeksiyanın köməyilə "Dünya kimi əzəli" ideyası təqdim olunacaq və Milli Gimnastika Arenasının səhnəsi qədim Azərbaycan incəsənəti - xalçaçılığın naxışlarını canlandıracaq. Keçmişin və indinin ənənələrini sintez edən səhnədə xalçaçılığın nümunələri göstəriləcək.

İştirakçı ölkələrin bayraqlarının paradı təşkil olunacaq.  Kompleks dünya xəritəsinə çevriləcək və ritmik musiqi eləcə də 176 nağaraçının müşaiyətiylə ölkələrin bayraqları tamaşaçılara təqdim ediləcək.

Sonra ilk turda qara və ya ağ fiqurlarla oynayacaq komandaları müəyyənləşdirmək üçün baş hakim tərəfindən püşk atılacaq.

Mərasim Azərbaycan musiqisinin 5 tanınmış nümayəndəsinin çıxışıyla yekunlaşacaq. Burada caz, rok və muğamın sintezində maraqlı musiqi nömrəsi canlanacaq.

Sonda Bakı Şahmat Olimpiadası rəsmən açıq elan olunacaq. Ekranda E2 E4 gedişiylə saxmat saatları işə salınacaq.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.