25 avqust 2016 11:30
Jurnalistlər üçün Kristal Zala media tur
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi media nümayəndələri üçün qeydiyyatın başa çatdığını bildirib. Azerisport.az xəbər verir ki, bu gün mötəbər yarışın keçiriləcəyi Bakı Kristal Zalında media tur təşkil olunub.
Tədbirdə jurnalistlərə Bakı Şahmat Olimpiadasında yaradılacaq şərait barədə məlumat verilib. Eyni zamanda media nümayəndələri yarış zalı, mətbuat mərkəziylə tanış olmaq imkanı qazanıb.
