8 avqust 2016 12:40

Şahmatçımız gənclər arasında Dünya çempionu oldu

Serbiyanın paytaxtı Belqrad şəhərində 59-cu Dünya Şahmat Bəstəçiliyi konqresi (59th World Congress of Chess Composition) keçirilib. Azerisport.az xəbər verir ki, konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, həmçinin Beynəlxalq  Şahmat Bəstəçiliyi Federaiyasının (World Federation for Chess Composition) iclasları və ən əsas tədbir, şahmat məsələlərinin həlli üzrə  40-cı Dünya çempionatı (40th World Chess Solving Championship) daxil idi. 

Şahmat üzrə beynəlxalq qrossmeyster Zaur Məmmədov (Bakı) gənclər arasında Dünya çempionu adını, komandamızın daha bir gənc üzvü Rəşad Zeynallı (Bakı) isə gümüş medal qazanıb. Bürünc medalın sahibi isə  Danila Pavlov (Rusiya) olub.

Şahmat həllçilərimiz 22 komanda arasında 8-ci olublar. Çempion adını Polşa, gümüşü Litva, bürünc medallları isə Serbiya yığması qazanıb. Heyf ki, bu dəfə hərbi qulluqda olduğu üçün, komandanın liderlərindən, gənclər arasında Dünya çempionu, beynəlxalq usta Misrətdin İsgəndərov (Sumqayıt) çempionatda iştirak etmirdi, bu da komandanın nəticəsinə təsir göstərib.

Qeyd edək ki, şahmat həlletməsi millimiz 2014-cü ildə Berndə (İsveçrə) Dünya çempionatında və 2016-cə ildə Afinada (Yunanıstan) Avropa çempionatında gümüş medal qazanıb.

Zaur Məmmədov həmçinin, ikigedişli məsələlərin sürətli həlli üzrə (Solvinq-Şou) yarışda da dünyanın ən güclüsü olduğunu sübut edib. 2-ci Thomas Peitl (Slovakiya), 3-cü isə şahmat və şahmat həlletməsi üzrə beynəlxalq qrossmeyster Jonathan Mestel (Böyük Britaniya) olub.

Ənənəvi olaraq, konqresdə həmçinin, şahmat bəstəçilərinə beynəlxalq adlar təqdim edilir. Kənan Vəlixanov (İmişli) son illərin nəticələrinə əsasən, şahmat bəstəçiliyinin Yardımmat bölməsində, beynəlxaq hakim adı alıb.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.