8 avqust 2016 11:15
Könüllülər arasında intellektual yarış keçirildi
Bakı Şahmat Olimpiadasının təşkilində iştirak edəcək könüllülər arasında Nə? Harada? Nə vaxt? intellektual oyunu keçirilib. Azerisport.az xəbər verir ki, 100-dən artıq gəncin yarışdığı sual-cavab müsabiqəsində "İndispensable" komandası ən çox xal toplamaqla qalib adını qazanıb.
Yarışın təşkilində əsas məqsəd olimpiada ərəfəsində könüllüləri motivasiya etmək, komanda quruculuğunu yüksəltmək, şahmatla bağlı yeni biliklərin interaktiv şəkildə öyrətməkdən ibarət olub.
Qeyd edək ki, yarışda şahmatla bağlı suallar çoxluq təşkil edib.
