27 iyul 2016 13:30

Fabiano Karuana: Azərbaycan millisinin təcrübəli şahmatçıları var

Şahmat üzrə ABŞ millisinin lideri Fabiano Karuana Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlama verib. Azerisport.az xəbər verir ki, qrossmeyster 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirakıyla bağlı danışıb:

"Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışlarından biridir. Planetin bütün yığmaları mötəbər yarışda iştirak edəcək. ABŞ millisi də olimpiadaya böyük ümidlərlə yollanacaq. Olimpiada başlamazdan əvvəl nəticə haqda danışmaq düzgün olmaz. Əksər yığmalar olimpiadada əsas heyətlə çıxış edəcək. Bu isə yarışda böyük rəqabətin olacağını göstərir. İstənilən halda bizləri maraqlı yarış günləri gözləyir. Şahmatçı kimi hər oyunda maksimum nəticə uğrunda çıxış edəcəyik".

Azərbaycan paytaxtı Bakı haqqında danışan Karuana şəhərimiz haqda xoş sözlər dedi: "Dəfələrlə Azərbaycanda keçirilən yarışlarda iştirak etmişəm. Ötən il paytaxt Bakıda Dünya Kubokunda mübarizə aparmışam. Bu il Şəmkirdə təşkil olunan Vüqar Həşimov Memorialında ikinci yeri tutmuşam. Həmişə Azərbaycanda təşkil olunan şahmat yarışları yüksək təşkilatçılıqla yadda qalıb. Burada hər zaman iştirakçılar üçün lazımi şərait yaradılıb. Bakı Şahmat Olimpiadasının da ən yaxşı təşkilatçılıqla fərqlənəcəyinə inanıram".

ABŞ millisinin rəqiblərinə gəlincə Fabiano Karuana bütün komandalara hörmətlə yanaşdığını bildirdi: "Şahmat Olimpiadasında zəif rəqiblər olmur. Daha doğrusu püşk güclüləri bir-birinə rəqib edir. Kifayət qədər iddialı komandalar olacaq. Rusiya, Ukrayna, Çin yığmalarını xüsusi qeyd etmək istərdim. Meydan sahibi Azərbaycan yığmasının təcrübəli şahmatçıları var. Onlar doğma şəhərdə medallar uğrunda yarışacaq. İlk turdan sona qədər oyun nizamını qoruyan komandalar mükafatçılar sırasında yer alacaq.

ABŞ millisinin heyəti yaxşı şahmatçılardan formalaşıb. Biz də istərdik ki, Bakı Şahmat Olimpiadasında yaxşı nəticə qazanaq. Bunun üçün mümkün qədər səhvə yol verməmək lazımdır. Reqlament yığmaları diqqətli olmağa məcbur edir. Bir turda uğursuzluq olarsa komandanın mövqeyinə ciddi şəkildə təsir edir".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.