14 iyul 2016 12:20

Milli ikinci təlim-məşq toplanışına başladı

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları intensiv məşqləri davam etdirir. Azerisport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədovdan ibarət Azərbaycanın əsas komandası 15 günlük hazırlıqda iştirak etmək üçün Qəbələyə yollanıb. Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, Qəbələdə Azərbaycan millisi fransız qrossmeyster Etyen Bakronun rəhbərliyi altında məşq edir.

Etyen Bakro Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə hazırlıq barədə məlumat verib: "Hazırlıq planına əsasən ikinci təlim-məşq toplanışı 15 gün davam edəcək. Yığma üzvləriylə həm debüt, həm də çətin kombinasiyaların həlli üzrə çalışacayıq. Ümumilikdə millidə əhval-ruhiyyə yüksək səviyyədədir. Hazırlıq üçün yaxşı şərait yaradılıb. Qəbələdə şahmatçılar həm də idmanla məşğul olurlar. Avqustda yığmanın növbəti təlim-məşq toplanışı keçiriləcək".

Qeyd edək ki, avqustda Azərbaycan millisinin yoldaşlıq görüşündə iştirak etməsi üçün danışıqlar aparılır. 

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.