9 iyul 2016 12:30

Fərid Mansurov Olimpiadanın ulduz səfiri oldu

Bakı Şahmat Olimpiadasının növbəti ulduz səfirinin adı məlum olub. Azerisport.az xəbər verir ki, bu yunan-roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovdur. İdmançıya xüsusi sertifikatı Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin icraçı direktoru Murad İskəndərli təqdim edib.

Bakı Şahmat Olimpiadasının ulduz səfiri Fərid Mansurov təəssüratlarını turnirin mətbuat xidmətiylə bölüşüb: "Ulduz səfir olmaq məsuliyyətli və şərəfli işdir. Diqqətə görə Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinə təşəkkür edirəm. Şahmata marağım hər zaman olub. Uşaqlıq illərindən şahmat oynamağı öyrənmişəm. Evdə vaxt olanda atam və ya qardaşımla şahmat taxtası arxasında mübarizə aparmağa imkan tapırıq.

Bakı Şahmat Olimpiadası kimi mötəbər yarışın paytaxtımızda keçirilməsi sevindirici haldır. Ulduz səfir kimi mötəbər yarışın təbliğində yaxından iştirak etməyə çalışam. Olimpiadada 3000-ə yaxın idmançının iştirak etməsi yarışın güclü rəqabət şəraitində keçəcəyini göstərir. İnanıram ki, Bakı Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunacaq. Eyni zamanda Azərbaycan şahmatçılarına uğurlar arzulayıram. Biz onlara inanırıq. Əminəm ki, komandamız olimpiadada layiqincə çıxış edəcək". 

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.