25 iyun 2016 13:40

Məmmədyarovla Rəcəbov Bakı Şahmat Olimpiadasından danışdı

Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri Qəbələdə ilk təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, yığma üzvləri hazırlıq barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlama verib:

Şəhriyar Məmmədyarov: "Təlim-məşq toplanışını yüksək qiymətləndirirəm. Yığma üzvlərinin birgə hazırlıq keçməsi müsbət haldır. Bildiklərimizi bir-birimizlə bölüşürük. Rəqiblər haqda müzakirələr aparırıq, debütlər barədə danışırıq. Fikrimcə hazırlığın milliyə çox böyük faydası olacaq. Milli komandanın üzvləri il ərzində xaricdə çoxlu sayda beynəlxalq turnirlərdə iştirak edir. Ona görə ünsiyyətimiz az olur. Hər bir şahmatçı Bakı Şahmat Olimpiadasının məsuliyyətini dərk edir. Gözəl məkanda hazırlıq keçdik. Hətta idmanla məşğul olmağa da vaxtımız oldu. İnanıram ki, zəhmətimiz bəhrəsini verəcək. Əsas məqsəd millinin Bakı Şahmat Olimpiadasına hazır olmasıdır. Yığma üzvləri böyük həvəslə yarışa hazırlaşır. Doğma paytaxtımızda bizə inanan insanların ümidini doğrultmaq istəyirik".

Teymur Rəcəbov: "Bakı Şahmat Olimpiadası Azərbaycanda keçirilən ən böyük idman yarışlarından biridir. İdman ölkəsi kimi tanınan Azərbaycan sentyabrda şahmat dünyasının diqqətində olacaq. 42-ci Ümumdünya Şahmat Olimpiadası həm də gənc nəslin şahmata olan marağını artıracaq. İlk hazırlıq mərhələsi yaxşı keçdi. Mötəbər yarışın yüksək səviyyədə keçiriləcəyinə şübhə yoxdur. Şahmatçı kimi biz millimizin layiqli çıxış etməsi üçün çalışacayıq".

Arkadi Naydiç: "Milli üzvləri üçün ideal şərait yaradılıb. Qəbələdəki hazırlıq komandamıza çox faydalı oldu. Açılışlar, debüt və müxtəlif kombinasiyaları müzakirə etdik. Əsas komandaya böyük ümid bəsləndiyini bilirik. Məhz buna görə olimpiadaya ciddi hazırlıq gedir. Bakı Şahmat Olimpiadasında bizi güclü rəqabət gözləyir. Şahmatçılar buna hazır olmalıdır".

Eltac Səfərli: "Qəbələdə ilk hazırlıq başa çatdı. Məşqdən çox razı qaldım. Həm məşq, həm də idmanla məşğul olmaq üçün gözəl şərait yaradılmışdı. Qarşıda bizi daha iki hazırlıq gözləyir. Fikrimcə avqustun sonuna yaxın yığma Bakı Şahmat Olimpiadasına tam hazır olacaq".

Rauf Məmmədov: "Hazırlıq planına əsasən üç təlim-məşqimiz olacaq. İlk belə hazırlıq Qəbələdə keçdi. Etyen Bakronun rəhbərliyi altında debütlər, açılışlar və müxtəlif gedişləri müzakirə etdik. Bakı Şahmat Olimpiadası əvvəlki yarışlardan rəqabətə görə fərqlənəcək. Doğma şəhərimizdə çıxış etdiyimiz üçün məsuliyyət daha çoxdur. Layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.