13 iyun 2016 15:30

Əsas milli komandamızın Qəbələ hazırlığı davam edir

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları intensiv məşqləri davam etdirir. Azerisport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Eltac Səfərli və Rauf Məmmədovdan ibarət Azərbaycanın əsas komandası - hazırlığın ilkin mərhələsini Qəbələdə keçir.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, Qəbələdə Azərbaycan millisi fransız qrossmeyster Etyen Bakronun rəhbərliyi altında məşq edir.

Etyen Bakro Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə hazırlıq barədə məlumat verib: "Çox gözəl məkanda məskunlaşmışıq. Hazırlıq üçün lazımi şərait yaradılıb. Azərbaycan millisinin heyətində dünyanın tanınmış qrossmeysterləri yer alıb. Bu mənada bir-birimizi çox yaxşı başa düşürük. Bakı Şahmat Olimpiadasının Azərbaycan millisi üçün böyük əhəmiyyət daşıdığını bilirəm. Azərbaycan millisi daim mötəbər yarışlarda favoritlər sırasında olub. Hər zaman güclü heyətiylə seçilən komanda müxtəlif vaxtlarda Avropa çempionatında uğur qazanıb. 42-ci Ümumdünya Şahmat Olimpiadasında da Azərbaycan şahmatçıları onlara dəstək olanları sevindirmək üçün çalışacaq".

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Bakı Şahmat Olimpiadasına qədər 3 təlim-məşq toplanışında olacaq. Millinin xarici yığmalardan biriylə yoldaşlıq görüşünün keçirməsi də planlaşdırılır.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.