12 iyun 2016 13:30

Emil Sutovski: Olimpiadada layiqli çıxış etməyə çalışacağıq

Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandası məşqləri davam etdirir. Azerisport.az xəbər verir ki, ilk təlim-məşq toplanışına 6 şahmatçı - Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub.

Hazırlıq başa çatandan sonra olimpiadada ikinci komandanın şərəfini qoruyacaq beş şahmatçının adı məlum olacaq. Paytaxtdakı ilk hazırlıq mərhələsi İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilir.

Komandanın məşqçisi Emil Sutovski Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinə müsahibəsində hazırlıq barədə danışıb: "Bu şahmatçılarla əvvəllər də birgə işləmişik. Ona görə heç bir problemimiz yoxdur. Hazırlıq üçün yüksək səviyyədə şərait yaradılıb. Böyük potensiala malik şahmatçılardır. Onlarla işləmək olduqca maraqlıdır.

İlk hazırlıq mərhələsində debüt - açılış üzərində işləyirik. Şahmatda debüt çox vacibdir. Müasir şahmatda debütdən çıxmaq əsas problemlərdən biridir. Şahmatçılarla müxtəlif debütlər üzərində çalışırıq. Özümlə kompyuterdə çoxlu material gətirmişəm. Debütlə yanaşı müxtəlif variantlar zamanı gedişləri öyrənirik. Ümumi müzakirə zamanı maraqlı məlumatlar əldə olunur. Bu gün beşinci məşq günümüzdür. Hazırlıqdan razıyam.

Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışıdır. Azərbaycan paytaxtında dünyanın ən güclü komandaları və şahmatçıları mübarizə aparacaq. Ölkənin ikinci komandası kimi layiqli çıxış etməyə çalışacağıq. Reytinqə görə 40 komanda arasında qərarlaşırıq. Məqsədimiz mümkün qədər yaxşı çıxış etməkdir. Şahmatçılar bacardıqları oyunu göstərsələr ilk onluğa düşmək mümkündür".

Qeyd edək ki, Azərbaycan təşkilatçı ölkə kimi 42-ci Ümumdünya Şahmat Olimpiadasında 3 kişi və 3 qadın komandasıyla təmsil olunacaq.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.